Almaniya Ukraynaya artıq 3 ədəd “Patriot” hava hücumundan müdafiə sistemini təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, hazırda Berlin Vaşinqtonla növbəti tədarük və arsenallarının artırılması ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də bildirmişdi ki, əgər Avropa bu cür təchizatların pulunu ödəyəcəksə, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam edəcək.














