Almaniya Ticarət Palatasının nümayəndə heyəti Bakı Limanında – FOTOLAR

Almaniya Ticarət Palatasının nümayəndə heyəti Bakı Limanında - FOTOLAR

Sentyabrın 10-da AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Almaniyanın UNITRON şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibertlə və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb.

Globalinfo.az bildirir ki, səfərin əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi olub.

Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın texniki imkanları, inkişaf planları və statistik göstəricilər barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

Bir 3 nəfər və mətn şəkili ola bilər Bir 14 nəfər, neft emalı zavodu və mətn şəkili ola bilər Bir 2 nəfər şəkili ola bilər