Almaniya prezidenti Makrona: “Razılaşma olsa…”

“Fransa və Almaniya Avropa üçün həlledici məqamda həmrəy olmalı və tərəfdaşlığı gücləndirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, qlobal iqlim dəyişikliyi və süni intellektin inkişafı kimi problemlər Fransa-Almaniya birgə səylərinin gücləndirilməsini tələb edir.

Makron iki ölkə arasında münasibətlərin pisləşməsi ilə bağlı yayılan iddialara cavab verib:

“Bu, doğru deyil. Biz birlikdə irəliləyirik”, – deyə Makron Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ştaynmayer öz növbəsində bildirib ki, Paris və Berlin bəzi məsələlərdə fərqli baxışa malik olsa da, sonda həmişə razılığa gəlməyi bacarır.

“Almaniya və Fransa arasında razılaşma olsa, Avropa çox şeyə nail ola bilər”, – deyə Almaniya prezidenti vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az