Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi tapıldı – FOTO

Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi tapıldı - FOTO

Almaniyanın Pakistandakı Səfirliyinin müşaviri İslamabaddakı mənzilində ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Təxminən iki günür müşavirlə əlaqə yaratmağın mümkün olmadığı, ondan xəbər alınmadığı bildirilir.

Qəzet yazır ki, ölü tapılan məmur diplomat olsa da, əslində Almaniya Federal Kəşfiyyat Xidmətinə çalışıb. Bununla belə qəzet ölü tapılan şəxsin ölümünün təbii yollardan gerçəkləşdiyini istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az 

pakistanda-almaniya-kesfiyyatina-isleyen-diplomatin-cesedi-tapildi