Almaniya kansleri: “Rusiya Ukraynada qalib gəlməyəcək”

Almaniya kansleri: "Rusiya Ukraynada qalib gəlməyəcək"

Almaniya kansleri Olaf Şolts əmindir ki, bütün Qərb dövlətləri tərəfindən dəstəklənən Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, kansler bunu Brandenburq ştatının Kottbus şəhərində keçirilən konfransda deyib:

“Almaniya və digər tərəfdaş ölkələrin Ukraynaya dəstəyini nəzərə alsaq, getdikcə daha aydın olur ki, Rusiya bu müharibədə nəinki qalib gəlməməli, hətta qalib gəlməyəcək”.