Almaniya İrana uçuşları dayandırdı

Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki təhlükəli vəziyyətlə əlaqədar İrana uçuşları müvəqqəti dayandırır.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətdən xəbər verilib.

Qeyd edilib ki, bu qərara səbəb İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava hücumuna görə Tehranın qisas almağa hazırlaşması ilə bağlı yayılan xəbərlərdir.

Qeyd edək ki, “Lufthansa” və onun törəmə şirkəti “Austrian Airlines” Tehrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviadaşıyıcılarıdır.