AVRO-2024: Almaniya-Danimarka matçında ikinci qol – CANLI

Camal Musiala 68-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib: 2 – 0

XXX

53-cü dəqiqədə Almaniya oyunçusu Haverts 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb: 1 – 0

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, Dortmundun “Siqnal İduna Park” stadionunda reallaşan matçda hesab açılmayıb.

Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ilk yarı başa çatıb.

Globalinfo.az xəbər verir ki, Dortmundun “Siqnal İduna Park” stadionunda reallaşan matçın birinci hissəsində hesab açılmayıb.

XXX

Matçda məcburi fasilə başa çatıb, oyun qaldığı yerdən davam edir.

XXX

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

***

Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü yağış səbəbindən fasilə yaranıb.

Dortmunddakı “Siqnal İduna Park” stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.