Almaniya bu ölkənin vətəndaşlarını ölkədən qovur

Almaniya bu ölkənin vətəndaşlarını ölkədən qovur

Üç mindən çox Moldova vətəndaşı Almaniyadan deportasiya oluna bilər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldovanın “Ziarul de Garda” nəşri məlumat yayıb.

Məlumata görə, Moldova vətəndaşlarının Almaniyaya kütləvi miqrasiyası üç il əvvəl, koronavirus pandemiyası zamanında başlayıb. İndiyədək Berlindəki Moldova vətəndaşları ölkəni tərk etmək əmri alan ən böyük etnik qrupa çevriliblər.

“Əsasən uşaqlı ailələrdən ibarət 3200-ə yaxın moldovalı Almaniyanı könüllü tərk etməlidir, əks halda onları deportasiya gözləyir”, – məlumatda bildirilib.