Almaniya Bakıdan nə istəyir?

Almaniya Bakıdan nə istəyir?

Bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana gəlir. Berbokun dünən Ermənistanda verdiyi açıqlamalardan belə nəticəyə gəlmək olar ki, Almaniya Azərbaycanla Ermənistan arasında yekun sülhün olmasına çalışır və bunun üçün vasitəçilik etməyə hazırdır.

Maraqlıdır, Berbokun BMT-də sərgilədiyi mövqedən sonra Bakıya səfərini və vasitəçilik etmək cəhdi nə dərəcə də səmimidir?

Ümumiyyətlə Almaniyanın sülh prosesinə birtərəfli və qərəzli müdaxilə edən Fransanı əvəz etməsi və bu yöndə uğurlu olması mümkün görünürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Almaniya Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçi ola bilməz:

Almaniya Bakıdan nə istəyir?

Kənan Novruzov

“Bu, birmənalıdır. Çünki Berlin təxmini rəsmi Parisin mövqeyini ortaya qoyur. Bu isə qərəzli yanaşmadır.

Amma Almaniyanın səylərindən öz maraqlarımız naminə istifadə edə bilərik. Məsələ burasındadır ki, vasitəçilik iddiasında olan tərəflərin səyləri nəticəsində bizim üçün yeni fürsətlər yaranır. Amma vasitəçilərə çox da bənd olmaq lazım deyil.

Nəzərə almaq lazımdır ki, onların hər birinin öz maraqları var. Biz isə öz maraqlarımızı təmin etməliyik. Bunun üçün Almaniya da daxil olmaqla vasitəçilik iddiasında olan istənilən siyasi aktorun proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq. Berlin yalnız obyektiv olduğu real vasitəçi ola bilər. Bu isə indiki halda inandırıcı görünmür”.

Turan Rzayev
Globalinfo.az