Alman nazir həyəcan təbili çaldı: “Ukraynaya kömək etməsək…”

“Ukraynaya kömək etməsək, Putinin qoşunları Polşa ilə sərhəddə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O bildirib ki, Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin Almaniya və NATO üçün təhlükəli nəticələri ola bilər.

“Ukraynaya kömək etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, – deyə Berbok bildirib.

Almaniyanın xarici işlər naziri yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib.

“Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə, onda yenə milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın? Artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb. Məğlubiyyətin azad Avropa üçün ölümcül nəticələri olacaq. Ona görə də Ukraynaya yardım genişləndirilməlidir”, – nazir vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az