Alla Puqaçovanın lüks əşyası Rusiyada qalıb – Detallar

Alla Puqaçovanın lüks əşyası Rusiyada qalıb - Detallar

Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın avtomobili ölkəsində qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Rolls-Royce Phantom” modelinin qeydiyyat sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə görə, müğənni 19 ilə yaxındır ki, maşının yeganə sahibidir:

“Avtomobilə heç bir məhdudiyyət qoyulmayıb və o, 2023-cü ilin yanvar ayına qədər icbari avtomobil sığortasına malikdir. Puqaçova “Rolls-Royce”u Rusiyada 20 milyon rubla saxlayıb. Avtomobili sonuncu dəfə Moskva küçələrində 2023-cü ilin mayında görünüb”, – deyə bildirilib.

Məlumata görə, Puqaçovanın 2006-cı il istehsalı olan “Rolls-Royce Phantom” avtomobili hazırda Rusiyada satılmır:

“2007-ci ilin oxşar modelinin qiymətləri isə 22 ilə 40 milyon rubl arasında dəyişir. Onlardan yalnız dördü hazırda Rusiyada satılır”.

Günel Cəlil
Globalinfo.az