Ali Seçki Qurumu qalibi rəsmən elan etdi

Ali Seçki Qurumu qalibi rəsmən elan etdi

Türkiyə Ali Seçki Qurumu (YSK) səsvermənin hazırkı saata olan nəticələrini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, qurumun sədri Əhməd Yenər 99,43 % səsin sayıldığını qeyd edib.

Nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanın 52,14% , “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 47,86% səs toplayıb.

YSK sədri Rəcəb Tayyib Ərdoğanın qələbə qazandığını bildirib.

Globalinfo.az