Simonyan “qırmızı xətləri” keçdi: izah versin! – Matviyenko

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentindən spiker Alen Simonyanın Rusiya ilə bağlı açıqlamalarına dair hesabat tələb edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Ukraynadakı mühairbədən danışarkən “işğal” ifadəsini işlədib. O, Avropa İttifaqına üzv ölkələrin parlament rəhbərlərinin İspaniyada keçirilən konfransında İrəvanın Ukrayna, Moldova və Kiprin ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Rusiya Federasiya Şurasının sədri sözügedən açıqlama ilə bağlı Ermənistan parlamentinə sorğu göndəriləcəyini deyib.

“Həmkarımız Alen Simonyanın bu cür ifadələr işlətməsi utanc hissi yaradır. O, bütün “qırmızı xətləri” keçib. Mən onun həmin sözləri kimin adından dediyinə aydınlıq gətirilməsi üçün yazılı sorğu göndərərdim”, – Matviyenko bildirib.

Ayşən Mustafa
Globalinfo.az