
Rusiyanın məşhur aktrisası – Nina Qrebeşkova 94 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib.
Nina Qrebeşkova məşhur rejissor Leonid Qaydayın həyat yoldaşı olub.
Aktrisa Azərbaycan tamaşaçısına “Brilyant əl”, “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul” kimi filmlərdən tanış idi.
Aysel Əliyeva
Globalinfo.az