Akşener “TOGG”dan danışdı: “Yoldaşımın pulu olsa, alarıq”

Türkiyənin müxalif “İYİ” partiyasının sədri Meral Akşener yerli mediaya müsahibə verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, canlı yayımda jurnalistin ““TOGG” avtomobili alacaqsınız?” sualına maraqlı cavab verib.

O, sözügedən avtomobili alıb-almamaqla bağlı qərarı həyat yoldaşı ilə məsləhətləşəcəyini bildirib: “Mənim pulum yoxdur. Təqaüdçüyəm. Bir aylıq pensiyamı CHP sədri Kamal Kılıçdaroğlunun seçkiqabağı kampaniyasına yatırdım. Həyat yoldaşımdan bu avtomobili ala biləcəyini soruşum. Pulu varsa, alarıq. Bizim hazırda şəxsi avtomobilimiz yoxdur. Lakin “TOGG” ala bilərik. Yoldaşımın bunun üçün vəsaitinin olub-olmadığını həqiqətən bilmirəm”.

Qeyd edək ki, Türkiyənin ilk yerli elektrik avtomobili olan “TOGG”un standart diapazon modeli 953 min, uzun mənzilli modelinin qiyməti isə 1 milyon 215 min lirə müəyyən edilib.