“Akkuyu”nun 35 əməkdaşı yaralandı, ölənlər var – VİDEO

Türkiyənin Mersin vilayətində tikilməkdə olan Akkuyu AES-in işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

“Akkuyu AES-in işçilərini daşıyan avtobus sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb. Qəza nəticəsində çavuş və avtobusda olan sərnişinlərdən biri dünyasını dəyişib”, – məlumatda bildirilib.

İHA yazıb ki, qəzada ölən sərnişinlərdən biri – İsmayılova Rusiya vətəndaşıdır.

Qəzada yaralanan 35 nəfər xəstəxanalara yerləşdirilib.