Akar Rusiya qırıcısının ABŞ dronu ilə toqquşmasından danışdı

Türkiyənin müdafiə naziri Hulusi Akar dünən Qara dəniz üzərində Rusiya qırıcı təyyarəsinin ABŞ-a məxsus dronla toqquşmasına münasibət bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Hulusi Akar deyib ki, məsələni yaxından izləyirlər, müxtəlif təmaslar var.

Qeyd edək ki, ötən gün Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus dronla toqquşub.

ABŞ tərəfi bildirib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb.

ABŞ-ın Avropa komandanlığının məlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.