Ukraynanın Aİ-yə üzvlüyü onlardan asılıdır – Kos

Ukraynanın Aİ-yə üzvlüyü onlardan asılıdır - Kos

“Avropa İttifaqı Ukraynanın birliyə daxil olma prosesini sürətləndirmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos deyib.

“Texniki nöqteyi-nəzərdən Ukraynanın 2025-ci ilin birinci yarısında birliyə daxil olması barədə danışıqlar üçün iki klasterin açılması mümkündür”, – deyə Kos qeyd edib.

O, həmçinin əlavə edib ki, sonrakı irəliləyiş Aİ-yə üzv ölkələrdən asılıdır, onlar bu məsələdə hər addım üçün razılıq verməlidirlər.

Əliyar Xəlil

Globalinfo.az