Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini yaxın həftələrdə qəbul edəcək.
Globalinfo.az” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Məlumatda bildirilir ki, Rusiyaya qarşı 19-cu sanksiyada Brüsselin ukraynalı uşaqları oğurlamaqda ittiham edilən şəxsləri qara siyahıya daxil etməsi planlaşdırılır.
Bundan əlavə, Rusiyanın neft, qaz və bank sektorlarına qarşı yeni məhdudiyyətlərin qoyulacağı da gözlənilir.
Həmçinin Aİ ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı da 19-cu məhdudiyyətlər paketi çərçivəsində ikinci dərəcəli sanksiyalar tətbiq etməyi düşünür.
Buraya bir sıra malların Rusiyaya ixracına qadağa da daxildir.
“Nazirlər 2023-cü ildə qəbul edilmiş, lakin hələ də istifadə edilməyən anti-sanksiyadan yayınma alətinin istifadəsini müzakirə edəcəklər. Bu alət sanksiyalardan yayınmağı asanlaşdıran üçüncü ölkələrə müəyyən malların ixracını, tədarükünü və ya ötürülməsini qadağan edə bilər”, – məlumatda bildirilib














