Qubadlı istiqamətinə gəldilər, hərbçilərimiz isə… – VİDEO

67be0c9f754e567be0c9f754e6174050831967be0c9f754e367be0c9f754e4

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər fevralın 25-də növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.