1ae84e9e 8a14 4c70 90d7 f3646d9302dd

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası Laçın yoluna gedəcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı mülki missiyanın nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, missiya qrupunun rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin, Avropa Şurasının Müdafiə Komitəsinin sədri Natali Loiseau hazırda Sisian hava limanındadırlar. Onlar buradan Laçın yoluna gedəcəklər.

Qeyd edək ki, iyunun 15-də “Laçın” postunda baş verən təxribatdan sonra yolboyunca bütün növ hərəkət tamamilə dayandırılıb.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: