Avropa İttifaqı Gürcüstanın Baş naziri KobaXidzenin parlament seçkiləri zamanı konstitusiyanın devrilməsi cəhdinə dəstək ittihamlarını rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiyasının rəhbəri Kallas bildirib.
Kallas bu dezinformasiyanı qəti şəkildə pislədiklərini və Avropa İttifaqının roluna dair yalan məlumatları rədd etdiklərini, həmçinin ABŞ səfirinə qarşı şəxsi hücumları qınadıqlarını vurğulayıb.
O, həmçinin seçkilərdən sonra sakitliyə, hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və fikir ifadə etmək hüququna hörmət etməyə çağırıb.
Aysel Əliyeva
Globalinfo.az














