Ağstafada qəza – 5 nəfər yaralandı

Ağstafada qəza - 5 nəfər yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha 1 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.