Ağır xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyevdən xəbər var

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. Vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Əməliyyatı uğurlu keçib.