Agentliyin nümayəndə heyəti Aqi Vereslə görüşdü – FOTO

Agentliyin nümayəndə heyəti Aqi Vereslə görüşdü - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Cenevrədə BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüb.

Globalinfo.az xəbər verir ki, ilk olaraq Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib.

O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri Azərbaycanda donor qismində fəaliyyət göstərən BMT təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.

Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib. O vurğulayıb ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.

Agentliyin nümayəndə heyəti Aqi Vereslə görüşdü - FOTO