Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb.
Globalinfo.az bildirir ki, sakinlərə daimi yaşamaları üçün məntəqədə fərdi evlər verilib.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Bu mərhələdən sonra Suqovuşana köçürülən ailələrin sayı 73-ə çatdırılıb.


***11:18
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə – 174 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




