Ağdərədə FHN-nin maşını aşdı: Nazirlik əməkdaşları HƏLAK OLDU

Ağdərədə FHN-nin maşını aşdı: Nazirlik əməkdaşları HƏLAK OLDU

Ağdərə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Ağdərə-Tərtər yolunda qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən – 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.