Ağdərədə 31 yaşlı kişi faciəvi şəkildə öldü

Ağdərədə 31 yaşlı kişi faciəvi şəkildə öldü

Ağdərədə 31 yaşlı şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Kəlbəcər rayon sakinini kənd ərazisində elektrik cərəyanı vurub.

Şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.