2a281f665529caa561cc284b643a41e8 6887b950c77926887b950c779317537252646887b950c77906887b950c7791

Ağdərə və Xocavənd rayonlarının bəzi ərazilərində yanğınlar davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xocavənd rayonunun Hünərli kəndi və Ağdərə rayonunun Talış kəndi ərazisində dağ massivlərində şiddətli yanğın müşahidə olunur.

Sözügedən rayonlarda alovla mübarizə aidiyyəti üzrə yanğınsöndürən briqadalar tərəfindən davam etdirilir.

Onu da qeyd edək ki, Ağdərə rayonunun Talış kəndi ərazisində alov yaşayış məntəqəsinə yaxınlaşıb.

Paylaş: