Bakıda kişi özünü binadan atdı – VİDEO

Bakıda intihar hadisəsi baş verib.

Globalinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə metronun “20 Yanvar” metro stansiyası yaxınlığında Tbilisi prospekti 100-106 ünvanında baş verib.

Məlumata görə, 50 yaşlarında olan kişi özünü binadan ataraq intihar edib.

O, əvvəlcə binanın qarşısında olan iaşə obyektinin üstünə düşüb, daha sonra isə yerə çırpılıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik: