Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol qəzasında ölən piyadaların kimliyi məlum olub.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.
***19:55
Ağdaşda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.














