Ağdamın Salahlı Kəngərli kəndindən VİDEO

“Torpaqlarımız işğaldan azad olunmaqla, milli kimliyimiz özümüzə qayıtdı”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ağdam rayonu, Salahlı Kəngərli kənd sakini Nofəl Əliyev “AzTV Xəbər”ə müsahibəsi zamanı deyib.

O bildirib ki, kəndlərində çox gözəl yaşıllıq var idi. İndi isə viran qalıb.

Qeyd edək ki, sözügedən kənddə 1376 nəfərin məskunlaşması nəzərdə tutulub.

Hazırda isə burada 418 fərdi ev tikilir.