Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 7 sutka inzibati qaydada həbs olunub.
Məlumata görə, Nurəddin Cəlilov ictimai məkanda xırda xuliqanlıq törədib.
Xatırladaq ki, 2024-cü ilin yayında “Medera Hospital”da mühafizəçi olan N. Cəlilovla müğənni A. Ağayev arasında insident baş verib.














