Ağadadaş Ağayevi döyən mühafizəçi işə belə götürülüb: Həbs oluna bilər – VİDEO

Ağadadaş Ağayevi döyən mühafizəçi işə belə götürülüb: Həbs oluna bilər - VİDEO

***26.07.2024 23:30

Bir neçə gündür ki, Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin Rusiyada 9 il həbsdə olduğu iddia edilir. İctimaiyyət həmin şəxsin törətdiyi əmələ görə “MedEra” klinikasının rəhbərini günahlandırır. İnsanlar deyir ki, əksər xəstəxanalarda mühafizəçilər qeyri-peşəkarlardır. Ona görə də klinikalara gələn şəxslərlə aqressiv, kobud davranırlar. Bir çoxlarını iki sual düşündürür:

Görəsən, Ağadadaş Ağayev və onu döyən gözətçi Nurəddin Cəlilovu hansı cəza gözləyir? “Medera” klinikasının rəhbərliyi – sahibi, direktoru, baş həkimi məlum insidentə görə məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, çox güman ki, mühafizəçi klinikaya işə götürülən zaman mühafizə şirkəti ilə müqavilə imzalayıblar.

Vəkil deyib ki, işə götürülən şəxsin məhkumluğunun olub-olmamasını araşdırmaq mühafizə şirkətinin üzərinə düşür.

Daha ətraflı videoada:

Zaira Akifqızı
Globalinfo.az