İsrailin baş naziri Benyamin Netanyahunun Suriyada Prezident iqamətgahı, Baş Qərargah və Müdafiə Nazirliyinə hücumundan sonra Ağ Ev daxilində ciddi narahatlıq yaranıb.
Globalinfo.az xəbər verir ki, bəzi Ağ Ev rəsmiləri Netanyahunun davranışlarını “dəli kimi” və “nəzarətsiz bombardmançı” kimi dəyərləndirib.
“Bəzən arxasında valideyn olmayan uşaq kimidir,” – deyə adının açıqlanmasını istəməyən bir rəsmi bildirib. Rəsmilər həmçinin qeyd edib ki, Netanyahunun aqressiv addımları Tramp administrasiyası daxilində də xoş qarşılanmır və onun xoş niyyətli cəhdlərinə xələl gətirə bilər.
ABŞ rəsmiləri xüsusilə Qəzzada bir kilsənin bombalanması ilə bağlı narahatlıq ifadə ediblər. Bildirilir ki, bu hadisə Trampı Netanyahuya birbaşa zəng edib izahat tələb etməyə məcbur edib.
Tahir Turan
Globalinfo.az














