Ağ Evdə qalmaqal: Tramp daha bir mühüm fiquru rədd etdi!

Ağ Evdə qalmaqal: Tramp daha bir mühüm fiquru rədd etdi!

ABŞ Prezidenti Donald Tramp dövründə işdən çıxarılmalar davam edir.

Globalinfo.az xəbər verir ki, bu dəfə ölkənin səhiyyə sektorunun aparıcı simalarından biri, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Susan Monarez vəzifəyə başlamasından cəmi bir ay sonra Ağ Evin qərarı ilə postundan uzaqlaşdırılıb.

Monarez istefa verməkdən imtina edib, lakin rəsmi açıqlamada onun Pezidentin gündəliyinə uyğun gəlmədiyi göstərilib. ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti qərarı ilk elan edən qurum olub.

Monarezin vəkilləri bu inkişafdan xəbərsiz olduqlarını açıqlayıb. Onların iddiasına görə, direktor elmi əsassız və məsuliyyətsiz təlimatları imzalamaqdan imtina etdiyi üçün hədəfə alınıb. Vəkillər əlavə ediblər ki, cərrah general Robert Kennedinin addımları ictimai sağlamlığı siyasiləşdirir.

Tahir Turan
Globalinfo.az