trump merz

Almaniya kansleri Fridrix Merz liderləri, ZelenskiABŞ Prezidenti Donald Tramp arasında keçirilən danışıqlar zamanı diplomatik qalmaqala səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Avropa liderləri Amerika prezidenti ilə fikir ayrılıqlarından qaçmağa çalışsalar da, Merz RusiyaUkrayna rəhbərləri arasında mümkün görüşdən əvvəl hərbi əməliyyatların dayandırılmasının vacibliyi barədə danışıb.

Trampla təkbətək söhbətində kansler ən azı danışıqlar müddətində atəşkəsin əldə olunmasında israr edib. Bu, Tramp tərəfindən birmənalı qarşılanmayıb və onun əsəblərini tarıma çəkib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: