NATO-da Qrenlandiya üzərində Vaşinqtonun nəzarətini təmin etməyə cəhd göstərəcəyi ehtimalı fonunda mümkün fəaliyyət planının hazırlanması müzakirə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” alyansa yaxın anonim diplomata istinadən yazıb.
“Trampın Qrenlandiyaya nəzarət etmək istəyi ilə bağlı bəyanatları fonunda məsələnin öz-özünə gündəmdən çıxacağını düşünə bilmərik. Bununla bağlı real fəaliyyət planına ehtiyac var”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin Danimarkaya məxsus ada ilə bağlı açıqlamaları Vaşinqtonun əvvəlcədən hazırlanmış və sistemli strategiyasının tərkib hissəsi təsiri bağışlamır.
Əliyar Xəlil
Globalinfo.az