Afrikanın ən yaxşı futbolçusu bəlli oldu

Afrikanın ən yaxşı futbolçusu bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, IFFHS-ın versiyasına əsasən, bu ada Seneqal millisinin və Almaniyanın “Bavariya” klubunun vingeri Sadio Mane layiq görülüb.

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən il zədə səbəbindən Qətərdə keçirilmiş dünya çempionatını buraxıb.