Qabon millisinin futbolçusu Gelor Kanqa Afrika Futbol Konfederasiyasının (CAF) nizam-intizam komitəsinə çağırılıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yarımmüdafiəçinin doğum tarixinin səhv göstərildiyi iddia olunur.
Bildirilib ki, hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edən Kanqa 1990-cı ildə dünyaya gəlib, lakin onun anası 1986-cı ildə vəfat edib.
Bütün bunlar Konqo Demokratik Respublikası Futbol Federasiyasının araşdırması ilə başlayıb. Üstəlik, istintaqa görə, oyunçu 1985-ci il təvəllüdlüdür və onun adı Kiaku-Kiaku Kianqadır.














