Bakıda yerə xüsusi örtüklər sərildi, nişan qoyuldu – FOTO

Bakıda yerə xüsusi örtüklər sərildi, nişan qoyuldu - FOTO

ADY tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Globalinfo.az quruma istinadən bildirir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.

Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.

Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.

Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Bakıda yerə xüsusi örtüklər sərildi, nişan qoyuldu - FOTO Bakıda yerə xüsusi örtüklər sərildi, nişan qoyuldu - FOTO Bakıda yerə xüsusi örtüklər sərildi, nişan qoyuldu - FOTO