Adil Qeybulla ADR-dən istefa verdi

Tanınmış həkim Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah Partiyasından istefa verib.

Adil Qeybulla məlumatı Globalinfo.az-a təsdiqləyib.

A. Qeybulla istefa verməsinə partiya daxilində çəkişmələrin, ikitirəliyin, vicdanlı üzvlərə qarşı gözdənsalma kampaniyasının səbəb olduğunu bildirib.

O, bu təşkilatda fəaliyyətini davam etdirə bilməyəcəyini bəyan edib.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və sədri Qubad İbadoğludur.

Zaira Akifqızı

Globalinfo.az