Fitso güllələndi, Paşinyana sui-qəsdin anonsu verildi – Növbə onundur?

Fitso güllələndi, Paşinyana sui-qəsdin anonsu verildi - Növbə onundur?

Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya sui-qəsd edilib. Bu gün isə Ermənistanın “Tseqakron” partiyasının rəhbəri Şant Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanın KQB tərəfindən öldürüləcəyini elan edib.

Bu iddia nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Nikol Paşinyana qarşı sui-qəsd ehtimalları geniş müzakirə edilir:

“Ermənistan mətbuatında yayılan məlumatlarda müxtəlif dairələr tərəfindən sui-qəsdin təşkil edilməsi ilə bağlı materiallar var. Lakin mən bu xəbərlərin həqiqəti əks etdirdiyini düşünmürəm.

Məsələ ondadır ki, Ermənistanda Paşinyana qarşı sui-qəsd olsaydı, o, bundan yüksək səviyyədə istifadə edərdi. Yəni Paşinyan bunu da öz dayaqlarını möhkəmləndirmək, dəstəkçilərini artırmaq üçün istifadə edərdi. Hesab edirəm, Ermənistan mediasındakı əsassız informasiyalar Qərbdən ötürülən tezislər əsasında dərc edilir.

O ki qaldı Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsdə, fikrimcə, bu və digər hadisələr arasında müəyyən məntiqi ardıcıllıq yoxdur. Fərqli situasiyalardır və məsələyə fərqli baxmaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az