“Moskvanın xəbərdarlıqlarına baxmayaraq, Ermənistan hakimiyyəti ötən gün Roma Statutunu ratifikasiya edib. Ermənistan bununla Rusiyaya və Vladimir Putinə müharibə elan etdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Ermənistan parlamentində keçirilən səsvermə göstərib ki, hətta Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının üzvləri belə liderlərinin mövqeyi ilə tam razı deyillər.
Paşinyanın partiyasında bəziləri hakimiyyətin odla oynadığını dərk edib və sözügedən siyasətə qarşı çıxıblar. Fraksiyanın 71 üzvündən 60-ı sənədin qəbulunda iştirak edib. Bəziləri isə sənədin lehinə səs verməmək üçün parlament iclasında iştirak etməyiblər.
Tamerlan Yayaqan
Globalinfo.az