Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Adam Kadırov sosial mediada məzmunu açıqlanmayan sirli bir video yayımlayıb.
Paylaşımın altına isə “Mən döyüşçülər arasında böyümüşəm və ölməyi çoxdan öyrənmişəm” sözlərini əlavə edib. Paylaşımın hansı məqsədlə edildiyi və mesajın kimə ünvanlandığı barədə rəsmi açıqlama verilməyib.
Tahir Turan
Globalinfo.az