AÇ-2024: Niderland geridönüşlə qələbə qazandı 

Polşa və Niderland milliləri arasında keçirilən ilk matç ikincinin qalibiyyəti ilə (1:2) yekunlaşıb.

AVRO-2024
Qrup mərhələsi, I tur
16 iyun, D qrupu
17:00. Polşa – Niderland 1:2

Qollar: Buksa, 16 – Qakpo, 29. Veqhorst, 83
Baş hakim: 
Artur Soareş Diaş (Portuqaliya)
Hamburq. “Folksparkstadion”

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.

Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

***

Almaniyada keçirilən AÇ-2024-ün qrup mərhələsi davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün daha üç oyun keçiriləcək.

Həmin oyunların siyahısını təqdim edirik:

AÇ-2024 qrup mərhələsi

1-ci tur

17:00. Polşa – Niderland

Baş hakim: Artur Diaş (Portuqaliya).

Hamburq, “Folksparkştadion” stadionu.

C qrupu, I tur

20:00. Sloveniya – Danimarka

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştutqart, “MHP Arena” stadionu.

23:00. Serbiya – İngiltərə

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, 2Feltins Arena” stadionu.