Abşerondakı güclü yanğın söndürüldü – VİDEO

Abşerondakı güclü yanğın söndürüldü - VİDEO

Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın söndürülüb.

Globalinfo.az yanğınsöndürmə əməliyyatının görüntülərini təqdim edir:

***13:50

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Globlinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***12:46

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

***12:13

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***12:08

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən boya istehsalı zavodunda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Globalinfo.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.

X X X

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.

***11:11

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.

Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğınla mübarizə davam etdirilir - FOTO - YENİLƏNİB-2 - VİDEO