Azərbaycanda yaşayan Filippin vətəndaşı hamamda öldü

Azərbaycanda yaşayan Filippin vətəndaşı hamamda öldü

Abşeron rayonunda Filippin vətəndaşı hamamda ölüb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, hadisə sentyabrın 20-də rayonun Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.

Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan – Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.