“Abşeron” – NTD matçı bu səbəbdən təxirə salındı

“Abşeron” - NTD matçı bu səbəbdən təxirə salındı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan “Abşeron” – NTD oyunu təxirə salınıb.

Globalinfo.az Apasport.az-a istinadən xəbər verir ki, pley-in mərhələsinin ilk matçı Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problem üzündən keçirilməyib.

Qarşılaşma sabah saat 16:00-da start götürəcək.