ABŞ vitse-prezidenti Ceyms Vensin korteji noyabrın 14-də qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News”a məlumat yayıb. Qeyd olunub ki, qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.
Hadisə Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus “SUV” tipli avtomobil qəzaya uğrayıb.
Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.














